Şrift:
Marneuli bələdiyyəsinin deputatı Rəhim Əsgərov sərbəst buraxılıb
26.12.2019 [15:15] - Borçalı
Müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü və Marneuli bələdiyyə məclisinin deputatı Rəhim Əsgərov sərbəst buraxılıb. Müxalif partiyanın deputatı 25 dekabr tarixində Rustavidə baş tutan məhkəmə zalından hakimin qərarı əsasında azad olunub.
Rəhim Əsgərova yaxın olan və müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının fəal üzvlərindən biri Ramal Əhmədov bildirib ki, R.Əsgərov günahsızdır və o bu gün məhkəmə zalından sərbəst buraxıldı: "2020-ci ilin 20 yanvar tarixində onun işi üzrə məhkəmə yenidən keçiriləcək".
Xatırladaq ki, 2019-cu ilin 28 mart tarixində Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları, Rəhim Əsgərovu hakimin qərarı əsasında gözaltına alıb. Müxalifət üzvü rüşvət almaqda ittiham olunub. Onun işi üzrə məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi üzrə aparılıb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed