Şrift:
BMT-nin baş katibi Pan Gi Mun “Müsəlmanların günahsızlığı” filmini qətiyyətlə pisləmişdir
14.09.2012 [14:54] - Gündəm
BMT-nin baş katibi Pan Gi Mun məxsusi olaraq nifrəti qızışdırmaq üçün çəkilmiş, Yaxın Şərqdə kütləvi etiraz nümayişləri, ABŞ-ın Liviyadakı səfirliyinə hücumla nəticələnmiş filmi müsəlmanlar üçün təhqiramiz film adlandırmışdır. Bu barədə məlumatı BMT-nin mətbuat xidməti yaymışdır.
Məlumatda deyilir: “O, nifrət dolu filmi pisləyir. Görünür, bu film qəsdən dözümsüzlüyün qızışdırılmasına və qan tökülməsinə yönəldilmişdir”.
Söhbət “Müsəlmanların günahsızlığı” filmindən gedir. Bu film ABŞ-ın ərəb ölkələrindəki səfirliklərinə hücumlara təhrik etmişdir. Nəticədə sentyabrın 11-də Liviyanın Benqazi şəhərində ABŞ səfiri Kristofer Stivens və daha üç nəfər həlak olmuşdur. Baş katib Pan Gi Mun Liviyada və Yaxın Şərqdə zorakılığın alovlanması barədə “dərin narahatlığını” ifadə etmişdir. Mətbuat xidmətinin məlumatında onun adından deyilir: “Bu qətl və hücumlara heç nə ilə bəraət qazandırmaq olmaz”.
Dialoqun, qarşılıqlı hörmətin və anlayışın zəruri olduğunu vurğulayan baş katib hamını sakitliyə və təmkini qoruyub saxlamağa çağırmışdır. Filmin fraqmentlərinin internetdə yerləşdirilməsi hiddətlənmiş müsəlmanların Qahirədə də ABŞ səfirliyinə hücum etmələrinə gətirib çıxarmışdır. Daha sonra bu ölkənin Liviya və Tunisdəki diplomatik nümayəndəlikləri də hücuma məruz qalmışdır. Hazırda etiraz aksiyaları regionun digər ölkələrinə də yayılmış, o cümlədən Yəmən və İranda keçirilir.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed