27.12.2019 [09:15] - Hüquq
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır. Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisədə tədbirlər təşkil edib. Tədbirlərdə Müvəkkil Səbinə Əliyeva, Penitensiar xidmətin rəis müavini Məhərrəm Qafarov, Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Novella Cəfərova, Səidə Qocamanlı, Ombudsman Aparatının məsul əməkdaşları, Penitensiar Xidmətin əməkdaşları iştirak ediblər. Əvvəlcə Ombudsman Səbinə Əliyeva Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib, maarifləndirici söhbətlər apararaq müvafiq tövsiyələrini verib. Məhkum uşaqlara bayram sovqatı paylanıldıqdan sonra həmin müəssisənin bir sıra obyektlərinə, o cümlədən yaşayış sahəsinə, tibb-sanitar hissəsinə, sinif otaqlarına, kitabxanaya baxış keçirilib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Daha sonra qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində görüş keçirilib və bayram tədbiri davam etdirilib. Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilini salamlayıb, tədbirin əhəmiyyətindən bəhs edib. O, penitensiar müəssisələrdə saxlanılan şəxslərin təhlükəsizliyi və sağlamlıqlarının təmin edilməsinin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildiyini, cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb. M.Qafarov cəzaçəkmə müəssisələrində tərbiyə işinin təşkilinə xüsusi diqqət yetirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Müvəkkil Səbinə Əliyeva iştirakçıları, o cümlədən məhkum qadınları bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib. O, bu müəssisədə Ombudsman olaraq ilk görüşünü keçirdiyini diqqətə çatdırıb, təsisatın məhkumların hüquqlarının təmin olunması istiqamətində fəaliyyəti barədə məlumat verib. Ombudsman Səbinə Əliyevanın sözlərinə görə, təsisatın fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 700-dək məhkum, o cümlədən qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb. Müvəkkil qanun pozuntularına bir daha yol verilməməsinin vacibliyini qadın məhkumların diqqətinə çatdırıb, onlara sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib. Tədbir çərçivəsində Müvəkkil müəssisənin bir sıra obyektlərinə, o cümlədən istehsal sahələrinə, gəzinti yerlərinə, kitabxanaya, kluba və digər yerlərə baxış keçirib, bəzi məhkumların müraciətlərini dinləyib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. Eyni zamanda, körpəsi olan məhkumlar üçün nəzərdə tutulmuş korpusa da baxış keçirilib, onların vəziyyəti diqqətdə saxlanılıb. Ombudsman Səbinə Əliyeva tərəfindən həmin müəssisələrdəki məhkumlara, o cümlədən körpəsi olan məhkum analara sovqat, şirniyyat və bayram hədiyyələri paylanılıb.
Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı orkestrinin və solistlərinin, xalq artisti Gülyanaq Məmmədovanın çıxış etdiyi bədii proqramla davam etdirilib.
DAVAM.AZ
Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı orkestrinin və solistlərinin, xalq artisti Gülyanaq Məmmədovanın çıxış etdiyi bədii proqramla davam etdirilib.
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |