27.12.2019 [09:22] - Hüquq
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlara zal nəzarətçisi qismində cəlb olunması nəzərdə tutulan müəllimlərin elektron qeydiyyatı başa çatıb.
DİM-dən verilən məlumata görə, hazırda “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində 15005 nəzarətçi-müəllim haqqında məlumat var. Nəzarətçi-müəllimlərdən 1116 nəfərinin məlumatları bazaya yeni daxil edilib. “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ümumtəhsil müəssisələrindən test imtahanlarına cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumtəhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici şəxsi kabinetinin istifadəçi adı və şifri ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olaraq mövcud nəzarətçilər bazasında onların şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir. “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində cari ildən etibarən zal nəzarətçisi sertifikatı alan şəxslər üçün də, şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı yaradılıb. Qeyd edək ki, bu il 565 namizəd zal nəzarətçisi sertifikatı əldə edərək DİM tərəfindən keçirilən imtahanlarda iştirak edib. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan müəllimlər üçün yanvar ayından etibarən seminar-məşğələlər keçiriləcək. Respublikanın bütün şəhər və rayonlarını əhatə edən seminarlarda 4500-dən çox nəzarətçi-müəllimin iştirak edəcəyi gözlənilir.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |