27.12.2019 [11:34] - Borçalı
Borçalının daha bir kəndi - Bolnisi rayonunun Qaradaş (el arasında daha çox Qaraçöp kimi tanınır) kəndi ilə bağlı kitab işıq üzü görüb. Türkiyə Cümhuriyyətinin Kültür və Turizm nazirliyinin sertifikatı ilə Ankarada nəşr olunmuş "Qaradaş kəndinin sorağında" adlı bu kitabda kəndin dünənindən və bu günündən, buradakı ayrı-ayrı nəsillərin məskunlaşma tarixindən və şəcərəsindən söz açılır. Kitabda verilmiş müxtəlif fotoşəkillər nəşrin əhəmiyyətini daha da artırır. Kitabın müəllifləri prof. Dr. Elman Hazar və Molla Zəlimxan Vəli, redaktoru isə dosent İlkin Qulusoydur. Xatırladaq ki, professor Elman Hazar da Qaradaş kəndinin yetirməsidir və uzun müddətdir ki, Türkiyə universitetlərində çalışır. Hazırda İğdır Univeristetinin Riyaziyyat bölümünün başqanıdır.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |