29.12.2019 [21:48] - Sağlıq
Müasir insanlar arasında qəbizlik ən yayılmış pozulmalardan biridir. Bir çox hallarda bunun səbəbi düzgün olmayan qidalanmadır. Bəzi adi qida məhsulları bu pozulmanı həll etməyə kömək edə bilər. Qastroenteroloqlar qəbizlikdən əziyyət çəkənlərə bu kimi adi məhsulları tövsiyə edirlər.
Yulaf yarması (“herkules”)
Yulaf yarması bağırsaqlarda seliyin ifrazını artırır və bununla da bağırsaqların boşalmasını asanlaşdırır. Həmçinin liflərlə zəngin olan yulaf yarması nəcis kütləsinin artmasına və bağırsaqların daha tez boşalmasına kömək edir.
Duzlu kələm
Duzlu kələm bağırsaqların motorikasını çox yaxşı stimullaşdırır.
Zeytun yağı
Zeytun yağı ödün ifrazını stimullaşdırır, həzm proseslərini sürətləndirir və bu da nəticədə bağırsaqların boşalmasını tezləşdirir.
Qara gavalı
Qara gavalı qəbizlik zamanı ən effektli və tanınmış təbii vasitədir. Qara gavalı axşamdan ilıq suda isladın, səhər suyu için və meyvələri yeyin.
Qurudulmuş əncir
Qara gavalı kimi qurudulmuş əncir də bağırsaqları çox yaxşı işlədir və qəbizlik zamanı yardım edir.
Banan
Dəymiş yumşaq banan bağırsaqların motorikasını artıraraq qəbizliyi aradan qaldırmağa kömək edir.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |