Şrift:
AQTA sədri: “Trans yağlarla bağlı normativ hüquqi sənədlər hazırlanır”
29.12.2019 [22:21] - Hüquq
“Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir: “İstəyirik ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq, ölkədə trans yağlarının yuxarı həddini 2% edək. Bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır”.
Q. Təhməzli qeyd edib ki, trans yağlarla bağlı müvafiq normativ hüquqi sənədlər hazırlanır: “Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed