Şrift:
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının on illiyi qeyd olunub
29.12.2019 [22:39] - Gənclik
Bakıda Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəaliyyətə başlamasının 10 illik yubiley tədbiri keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, 3 mindən çox tələbə iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Faiq Məmmədov və başqaları çıxış edərək ölkəmizdə gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildiriblər. Qeyd olunub ki, məhz bu siyasət nəticəsində yaranan əlverişli şəraitdən bəhrələnən gənclər mühüm nailiyyətlər əldə edirlər. Ölkəmizdə aparıcı gənclər təşkilatları arasında ATGTİ də yüksək fəallığı ilə seçilir.
Qeyd olunub ki, 2009-cu ildə təsis edilən ATGTİ-nin məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında tələbə gənclərin fəal iştirakını təmin etməkdir. Təşkilat bu istiqamətlərdə bir sıra mühüm layihələr reallaşdırır, qarşıya qoyduğu hədəflərə çatmaq üçün səylə çalışır. Bildirilib ki, ali təhsil müəssisələrində reallaşdırılan islahatlar tələbələr üçün geniş imkanlar açır. Dövlətimizin başçısı hər zaman gənclərə böyük diqqət və qayğı göstərir. Respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait yaradılıb. Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarlar hər zaman diqqət mərkəzində saxlanılır. Öz fəaliyyətini bu meyarlar əsasında quran ATGTİ bu sahədə mühüm tədbirlər həyata keçirir. Tədbirdə “İlin prorektoru” seçilib, fəal gənclər təşkilatı, əməkdaş qurumlar, televiziya kanalları və saytlar təltif edilib. ATGTİ-nin sabiq əməkdaşları isə “Fəxri üzv” döş nişanı ilə mükafatlandırılıb. Yubiley tədbirində, həmçinin ATGTİ-nin yeni loqosu və himni də ictimaiyyətə təqdim olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed