03.01.2020 [10:19] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə “Mercedes Benz 0403” markalı nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə əməliyyat məlumatı daxil olub və həmin avtomobil nəzarətə götürülüb. Keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Tovuz gömrük postunun inzibati binasına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük yerində olan karton qutularda Azərbaycanın aksiz markası ilə markalanmayan, üzərlərində “Ballatines” yazılan 24 ədəd 1 litrlik, “Jagermaster” yazılan 1 ədəd 0,5 litrlik, “Royal Park” yazılan 12 ədəd 1 litrlik, “Yeni Rakı” yazılan 15 ədəd 0,5 litrlik, “Yeni Rakı” yazılan 24 ədəd 0,7 litrlik, “Yeni Rakı” yazılan 18 ədəd 1 litrlik və “Jameson” yazılan 5 ədəd 1 litrlik spirtli içki aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |