15.09.2012 [15:14] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov 1918-ci il sentyabrın 15-də Bakının erməni daşnaklarından azad edilməsini Azərbaycanda çox böyük, əlamətdar bayramlardan biri kimi qeyd olunması vacib sayır.
İnstitutun direktoru hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında bildirib ki, hər il institutda bu istiqamətdə tədqiqatlar davam edir.
"Məqsəd də ondan ibarətdir ki, bu hadisə Azərbaycanda çox böyük, əlamətdar bayramlardan biri kimi qeyd olunsun", - Mahmudov əlavə edib.
O deyib ki, 15 sentyabr 1918-ci ildə Bakının erməni daşnaklarından azad edilməsi Azərbaycan tarixinin ən şanlı, ən böyük hadisələrindən biridir. Bu hadisə şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Azərbaycan paytaxtının azərbaycanlılara qaytarılması demək idi.
Tarixçi bildirib ki, Bakının daşnaklardan azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq, igidlik göstəricisidir.
"Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt süquta uğramaqda olan Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən iki generalımız - Əliağa Şıxlinski və Səmədbəy Mehmandarov çox böyük rol oynadı. Bakını azadetmə əməliyyatında bizim Həbibbəy Səlimov kimi igidlərimiz, bütövlükdə Bakı əhli çox ciddi fədakarlıq nümayiş etdirdi", - Mahmudov əlavə edib.

Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |