15.09.2012 [15:19] - Gündəm, Gənclik, Türk dünyası-Turan, Siyasi partiyalar
Bakının Qurtuluş Günü münasibətilə Azərbaycanın bir qrup ictimai təşkilatları Türk Şəhidliyi önündə tədbir keçirib.
1918-ci il 15 sentyabr tarixində Bakının düşmən işğalından qurtuluşu günü münasibətilə Türkiyə Şəhidliyi ziyarət olunub. “Mübariz Gənclər” Təşkilatının təşkilatçılğı, Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının dəstəyi ilə keçirilən tədbirin iştirakçıları, 20 saylı orta məktəbin yanındakı bağda toplaşıb Türkiyə Şəhidliyinə doğru “Türk yürüşü” keçirib.
Tədbirin təşkilatçılarından olan MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənlinin məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında çağdaş gənclərin daha aktiv olduğunu göstərməkdir. Onun fikrincə, həmin ziyarətlə Şəhidlərə olan diqqət və sayqı, bu aktivliyin əsas əlamətidir. “1918-ci il 15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının simvoludur. Bizim belə nümunələrimiz çoxdur. 1915-ci ildə Azərbaycan türklərinin Çanaqqalada döyüşüb Şəhid olması, 1918-ci 15 sentyabrda Türkiyə türklərinin Bakının qurtuluşunda iştirakı, 1922-ci ildə N.Nərimanov vasitəsilə “Qardaşın qardaşa borcu olmaz” prinsipi ilə Türkiyəyə göndərilən yardımlar, I Qarabağ müharibəsində Türkiyə türklərinin könüllü olaraq savaşması bizim birliyimiz üçün və gələcək hədəflərimiz gerçəkləşdirmək üçün əsas nümunələrdir.”
“Mübariz Gənclər” Təşkilatının sədri İlkin Əliyev isə bildirib ki, onlar bu tədbiri keçirməklə “Heç kim və heç nə unudulmur” fikrini gənclərə təbliğ etmək istəyirlər. “XX əsrdə Azərbaycan və Türkiyə dar anlarında bir-birinin yanında olmaqla türk həmrəyliyini nümayiş etdiriblər. Biz də bu həmrəyliyi davam etdirməliyik.”
Qeyd edək ki, ziyarətdə Türkiyə diasporunun Azərbaycandakı nümayəndəsi Timur Səlcuq, MDHP Güney Azərbaycan departamenti və bir sıra ictimai təşkilatların, partiyaların nümayəndələri də qatılıb.
Nicat CƏMİLZADƏ

Bu xəbər oxucular tərəfindən 2519 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |