08.01.2020 [09:19] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “100 il. Bakı – Musiqi gözü ilə” proqramı çərçivəsində növbəti konsert Binə qəsəbə Mədəniyyət Mərkəzinin və 24 nömrəli 11 illik musiqi məktəbinin iştirakı ilə baş tutub. İdarədən bildirilib ki, insanların musiqi zövqünün formalaşmasına, klassik və müasir Azərbaycan musiqisinin tanıtımına yönəlmiş musiqili proqram Binə sakinləri tərəfindən maraqla izlənilib.
“Rəqs” dərnəyinin rəhbəri Həmayə Abbasova “101-i” rəqsi ilə tədbirə gözəl bir ahəng qataraq tamaşaçıları sevindirib. Bədii qiraətçi Yusif İsmayılov isə Bakı haqqında gözəl şeirlər söyləyib. Sonda tədbir iştirakçıları fəxri fərmanlarla təltif olunublar.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |