08.01.2020 [09:34] - Hadisə
Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Köhnə Qışlaq və Tatlı kəndlərində altı ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən Köhnə Qışlaq kəndində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üç ədəd 100 millimetrlik top mərmisi (OF-412) və tank əleyhinə idarə olunmayan bir ədəd raket (PQ-7L), Tatlı kəndində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə iki ədəd 130 millimetrlik top mərmisi (BR-482) və bir ədəd 122 millimetrlik top mərmisi (OF-56) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış mərmilərin ətrafında 320 kvadratmetr əraziyə yerüstü, 160 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1–dən 7-dək dörd siqnal (əməliyyat çağırışı) əsasında dörd operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Qazax, Tovuz rayonlarında və Bakı şəhərində bir ev və həyətyanı sahəyə, təmas xəttinə baxış keçirilib, 12 partlamamış hərbi sursat və iki piyada əleyhinə mina zərərsizləşdirilib. Ümumilikdə 470 kvadratmetr ərazi yerüstü və 166 kvadratmetr ərazi yeraltı yoxlanılıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |