Şrift:
İrandan 10 kiloqramdan artıq tiryək gətirən şəxs saxlanılıb
08.01.2020 [09:40] - Hadisə
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər. DİN-in mətbuat xidmətindən bildiriblər ki, Baş İdarəyə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirildiyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cəlilabad rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı rayon sakini əvvəllər məhkum olunmuş Anar Bağırov saxlanılıb. Onun idarə etdiyi “KI” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 77,780 qram tiryək və bir elektron tərəzi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Anar Bağırov istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan tamah niyyəti və satış məqsədi ilə tiryək əldə edib. Daha sonra həmin narkotik vasitələri paytaxt Bakıya gətirmək istəyən zaman isə o, polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Anar Bağırov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed