Şrift:
Amerika konqresinə Güney Azərbaycanla bağlı təqdim olunan qətnamədə deyilir ki,…
15.09.2012 [16:52] - Güney Azərbaycan xəbərləri
Konqresmen Dana Rohrabacherin Güney Azərbaycanla bağlı Amerika Konqresinə qətnamə layihəsi təqdim edib.

Bu yaxınlarda Azərbaycandan qayıtmış ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresmeni Dana Rohrabacher Amerika Konqresinə "Azərbaycan və İran arasında bölünmüş Azərbaycan xalqının öz taleyini müəyyənləşdirmək və istərlərsə, suveren ölkə yaratmaq haqqı"ndan bəhs edən qətnamə layihəsi təqdim edib.

"Azərbaycan xalqının öz siyasi strukturunu və ölkəsini seçmək hüquqları var", deyə Roharabacher bildirib. "Bunun nə Vaşinqtondakı bürokratlara, nə də İrandakı molla rejiminə dəxli var. Azərbaycandakı etnik azərbaycanlılar suveren və müstəqill yaşayırlar, İrandakı azərbaycanlı əhalinin də eyni seçimi etməməsi üçün heç bir səbəb yoxdur. Bu prinsip (ilkə, əsl) İranda yaşayan bütün xalqlar üçün keçərlidir", - o bəyan edib.

Kaliforniyadan seçilmiş konqresmen Dana Rohrabacher 1989-cu ildən bəridir ki, Nümayəndələr Palatasının üzvüdür. O, Respublikaçılar (Cümhuriyyətçilər) partiyasındandır.

Keçən ay o, ABŞ (Amerika Birləşmiş. Ştatları) Dövlət Katibi Hillary Clintona məktub yazaraq, Azərbaycan xalqının, öz razılığı olmadan 1828-ci ildə Rusiya və Fars imperiyaları arasında bölündüyünü bildirmişdi.

Dövlət Departamenti (xarici işlər nazirliyi) isə məktubu aldığını və ölkələrin "ərazi bütövlüyünü dəstəklədiyini" bildirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev də mətbuata məsələ ilə bağlı açıqlamasında Bakının İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed