Şrift:
Gəncədə “Region Gənclərinin 1-ci Tibb Məktəbi” layihəsi həyata keçiriləcək
08.01.2020 [10:10] - Gənclik
Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının ev sahibliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə "Region Gənclərinin 1-ci Tibb Məktəbi” adlı layihə həyata keçiriləcək. Region Gənclərinin 1-ci Tibb Məktəbi layihəsinin rəhbəri, Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, gənclərin şəbəkələşməsini təmin etmək və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir.
Beş gün müddətində müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin layihə iştirakçılarından ibarət gənc tibb işçiləri klubu yaradılacaq və onlar Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər. Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed