Şrift:
Qaçağan kəndində polis şöbəsinin qarşısında etiraz aksiyası keçirilib
08.01.2020 [11:34] - Borçalı
Marneuli rayon Qaçağan kəndində sakinlər polis şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər. Marneuli rayon Qaçağan kəndində yerləşən polis bölməsinin qarşısında sözügedən kənd sakinləri toplaşaraq son zamanlarda kəndlərində mal-qara oğurluğunun artmasına etiraz ediblər. Aksiyaçılar polis bölməsinin qarşısında çıxış edərkən bildiriblər ki, artıq son 4-5 ay ərzində kəndə 100-ə yaxin iri buynuzlu, kiçik buynuzlu, mal-qara oğurluğu baş verib və bunların əksəriyyətinin üstü polis tərəfindən açılmayıb. Etirazçıların sözlərinə görə, oğurluq hadisələri regionda hədsiz dərəcə də artıb. Etirazçılar bildiriblər ki, yaranan bu vəziyyətdə polisə ümid qalmıyıb. Onlar qeyd ediblər ki, mal-qara oğurluq faktı ilə bağlı polisə müraciət etdikdə polis vətəndaşla alçaldıcı şəkildə davranır.
Qaçağan kəndindəki polis bölməsinin qarşısında baş tutan etiraz aksiyasına müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının sədri Aqil Mustafayev və Marneuli bələdiyyə məclisinin üzvü Azad Kərimovda qatılıb. Müxalifət üzvləri müvafiq məsələlərlə əlaqədar hakimiyyətin səhlənkar olduğunu bildiriblər. Müxalifətçilər qeyd ediblər ki, "Gürcü Arzusu" hakimiyyəti xalqı elə hala salıblarki onlar artıq müxalifətdən kömək istəyirlər. Qaçağan inzibati ərazi vahidliyinin deputatı Hüseyn Hüseynov isə sözügedən aksiyaya gələrək iştirakçılara müraciət edib. O, vətəndaşlara nə üçün problemləri ilə bağlı ona müraciət etmədiklərini deyib. Elə bu zaman isə müxalifət üzvləri ilə H.Hüseynov arasında sözlü qarşıdurma yaşanıb.
Etirazçılar isə problemləri həll olunmadığı halda geniş miqyaslı aksiya keçirməyi planlaşdırdıqlarını deyiblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed