08.01.2020 [12:00] - Diaspor
Bu günlərdə Moskvada Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun ofisində Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Fondun prezidenti German Zaxaryayev ilə İsrailin Akko şəhərinin meri Şimon Lankri, “Əslən Azərbaycandan olan dağ yəhudilərinin əlaqələndirmə mərkəzi”nin və “İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli, İsrailin boks komandasının baş məşqçisi Valeri İlyayev və beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan evi”nin icraçı direktoru Arye Qut arasında görüş olub. Tərəflər görüşdə əməkdaşlıq və tərəfdaşlığın perspektivlərini, Akkoda Azərbaycan dağ yəhudiləri icmasının vəziyyətini və İsrailin Akko şəhərində yerləşən “İsraildə Azərbaycan evi”nin ikinci mərtəbəsinin rəsmi təməlqoyma məsələsini müzakirə ediblər. Akko şəhərinin meri Şimon Lankrinin sözlərinə görə, Azərbaycan dağ yəhudilərinin irsinin öyrənilməsi üzrə Əlaqələndirmə Mərkəzinin birinci mərtəbəsi 2016-cı ilin mart ayında istifadəyə verilib. Akko şəhərinin meri deyib: “Birinci mərtəbənin tikintisinin ümumi büdcəsi 1 milyon dollar olub. Mən çox fəxr edirəm ki, İsrail Dövlətindəki çoxsaylı Azərbaycan icmalarından biri məhz Akko şəhərində yaşayır. Bir neçə il bundan əvvəl mən gözəl Azərbaycanda səfərdə oldum və bu ölkəyə vuruldum. Azərbaycanda olarkən yəqin etdim ki, orada heç vaxt antisemitizm olmayıb, yəhudilər bu ölkədə özlərini heç vaxt qərib hiss etməyiblər. Azərbaycanda yəhudilərə bu cür səmimi və mehriban münasibət tarixi faktdır, bu fakt məni ruhlandırdı. Bu gün Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun həqiqi nümunəsi və əsl platformasıdır. Mən Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı Qəsəbədə də oldum və bir daha inandım ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal məkan, Azərbaycanın fəxridir”.
Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin fikrincə, əslən Azərbaycandan olan yəhudilər harada yaşamalarından asılı olmayaraq həmişə öz vətənləri Azərbaycan ilə fəxr edir və Azərbaycandan gedəndən sonra Azərbaycan dilini unutmur, ortaq ənənələri və dəyərləri qoruyub saxlayırlar. German Zaxaryayev deyib: “Qədim Azərbaycan torpağında tarixən İslam və iuadaizm, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu diyarda tolerantlıq və dini dözümlülük istəyi bu gün də inanılmaz dərəcədə güclüdür. Yəhudilərin və azərbaycanlıların yanaşı yaşadığı tarix ərzində onların münasibətlərinin pisləşməsi və ya gərginləşməsi halları tapmaq mümkün deyil. Yəhudilər Azərbaycanda istədiklərinə nail ola biliblər və bu gün də belədir. Bu fikri təsdiq edən nümunələr çoxdur. Azərbaycan yəhudiləri arasında nüfuzlu peşələrin nümayəndələri - həkimlər, hüquqşünaslar, jurnalistlər, müəllimlər, iri dövlət müəssisələrinin rəhbərləri olublar. Bütün bunlar azərbaycanlıların yəhudilərə səmimi və mehriban münasibətini bir daha təsdiq edir. Mən bu faktı əsas götürərək və dostlarım, həmməsləklərim, o cümlədən Akko şəhərinin meri Şimon Lankri, “Əslən Azərbaycandan olan dağ yəhudilərinin Əlaqələndirmə Mərkəzi”nin və “İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli, İsrailin boks komandasının baş məşqçisi Valeri İlyayev və beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut ilə məsləhətləşərək İsraildə Azərbaycan evinin ikinci mərtəbəsinin təməlqoyma mərasimində və onun tikintisində iştirak etməyi qəti qərara aldım. Əslən Azərbaycandan olan mən və dostum, Akko şəhərinin meri Şimon Lankri əlimizdən gələni edəcəyik ki, “İsraildə Azərbaycan Evi” qədim və multikultural Akko şəhərinin ayrılmaz hissəsi və müasir rəsmi olsun”.
“Əslən Azərbaycandan olan dağ yəhudilərinin Əlaqələndirmə Mərkəzi”nin və “İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli German Zaxaryayevə mer Şimon Lankri ilə görüşmək və “İsraildə Azərbaycan Evi”nin yaradılması perspektivlərini müzakirə etmək təşəbbüsünə görə təşəkkürünü bildirib. Bu, əslən Azərbaycandan olanların icmasının həqiqi və real əlaqələndirmə mərkəzi olacaq. Şirin Nexamiya Mixaeli deyib: “Biz, əslən Azərbaycandan olan yəhudilər və azərbaycanlılar doğma Azərbaycanı heç vaxt unutmamışıq və unutmuruq. “İsraildə Azərbaycan Evi” ardıcıl fəaliyyət göstərəcək və Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin, milli və mənəvi dəyərlərinin populyarlaşdırılmasına hərtərəfli kömək göstərəcək”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut vurğulayıb ki, Avrasiya ərazisində heç bir ölkə İsrail Dövləti ilə Azərbaycan Respublikası kimi sıx və səmimi münasibət qurmayıb. Arye Qut vurğulayıb: “Bu münasibətlər müsəlman ölkəsi ilə İsrailin əməkdaşlığının gözəl modeli ola bilər. Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada misli görünməmiş dərəcədə qayğıkeş münasibət bəsləyir. Bir neçə il bundan əvvəl məhz Prezident İlham Əliyevin himayəsi ilə Bakının mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edildi. 2019-cu il noyabrın axırlarında Bakıda Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşdə həlak olmuş dağ yəhudisi Albert Aqarunova abidə qoyuldu. Azərbaycan rəhbərliyi Bakıda Yəhudi Mədəniyyət Mərkəzinın yaradılması barədə qərar qəbul edib. Hazırda məhz Azərbaycanda, məşhur Qırmızı Qəsəbədə dünyada ilk dağ yəhudiləri muzeyi tikilir. Keçən həftə əslən Azərbaycandan olan dağ yəhudiləri – Qod Nisanov, Zarax İliyev və dostumuz German Zaxaryayev Moskvada dağ yəhudiləri icmasının dünyada ilk mərkəzini açıblar. Bu mərkəz oraya gələnləri cuhud dağ yəhudilərinin mədəniyyəti, ənənələri və dili ilə tanış edəcək. Mərkəzdə ənənəvi tədris proqramları ilə yanaşı, yəhudi bayramları qeyd edilir, müqəddəs Tövratın mətnləri öyrənilir. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri şərait yaradılması ilə bağlı tədbirlər görüb”.
Görüşdə Azərbaycan dağ yəhudiləri irsinin öyrənilməsi üzrə “Tikvateynu – bizim ümid yerimiz” adlı əlaqələndirmə mərkəzinin ikinci mərtəbəsinin və “İsraildə Azərbaycan evi”nin tikilməsi, dağ yəhudiləri mədəniyyəti günləri, habelə cuhud dilinin qorunub saxlanmasına həsr edilmiş beynəlxalq elmi konfrans və dəyirmi masa keçirilməsi, bayram konserti təşkil edilməsi barədə qərar qəbul olunub.
DAVAM.AZ
“Moskva Bürosu” (Rusiya Federasiyası)

Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |