Şrift:
Fərəc Quliyevin 2015-2019-cu illər Parlament çıxışlarından hissələr
08.01.2020 [15:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

1-ci hissə


1. Üzürsüz səbəbdən uşaqların tərbiyə və təlimi vəzifələrini yerinə yetirməyən valideynlərin məsuliyyəti haqda: (29.12.2015)

“ Qanunu 51.3 bəndində göstərilir ki, bu məcəllənin 51.2 və 51.1 maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içkinarkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına ,cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya 14 yaşından 16 yaçınadək uşaqlar tərəfindən inzibati xəta əlaməti olan əməlin törədilməsinə səbəb olduqda Yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslər 50 manatdan 100 manatadək miqdarda cərimə edilir.Üzürlü səbəb olmadan uşaqların tərbiyə və təlimi vəzifələrini yerinə yetirməyən Yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslərin Bu cür ağır hallara münasibətdə belə simvolik cərimələnməsinin nəinki cəza heç profilaktik də əhəmiyyəti yoxdur.Belə valideynlər və ya onları əvəz edən şəxslər deməli çox məsuliyyətsiz ,cəmiyyət üçün yararsız adamlardır.Ona görə təklif edirəm ki, üzürlü səbəb olmadan uşaqların tərbiyə və təlimi vəzifələrini yerinə yetirməyən yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslərə törədilmiş əmələ görə məsuliyyət müəyyənləşdirilsin və cinayət məsuliyyətinə cəlb olunsunlar.

2. Kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı qanun qəbul olunmalıdır: (01.02.2016)

Kredit götürən əhalinin Milli Məclisdən gözləntiləri var. Kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi qəbul olunmalı və ya qanunda dəyişikliklər edilməlidir.
Çünki, 21 fevral develvasiyadan öncə dollar ilə kredit götürənlərin manat ilə əlavə xərci 2 dəfə, bu ilki iki devalvasiya arasındakı müddət kredit alanların xərci 50 faizdən çox artıb. Bu o deməkdir ki, cəmi bir il əvvəl 10 min dollar kredit götürən şəxs 10 min dollarlıq kredit üzrə faizlər ilə birlikdə banka 20 800 manat ödəməlidir. Bu kredit məbləğinin manat ifadəsində 2.7 dəfə artması deməkdir. Təklif edirəm ki, əhaliyə kömək məqsədi daşıyan bu qanunda bir çox məsələlərlə yanaşı, kreditlərin qaytarılması qaydası da nəzərdə tutulsun. Qanunda ödəmələr üçün aşağıdakı ardıcıllıq qəbul olunsun:
1.Əsas borc
2. kredit faizi
3.cərimə və peniyalar
4. borcun qaytarılması xərclərinin ödənməsi
İndiki halda kredit gecikməyə düşəndə ilk növbədə peniya ödənilir, sonra kredit faizi,daha sonra əsas məbləğə görə borc ödənilir.

3. Bələdiyyələrin statusunun artırılması indi daha vacibdir: (12.02.2016)

İndiki vəziyyətdə dövrün yeni çağırışlarına uygun olaraq bələdiyyələrin statusunun artırılması əvvəlkindən daha vacibdir. İqtisadiyyatda sabitləşdirmə yollarından biri kimi bələdiyyələrin imkanlarını da dəyərləndirmək lazımdır. Bələdiyyələrin statusunun artırılması icra hakimiyyətlərinin hüquqlarının azaldılması hesabına olmalıdır.

4.Kommunal, enerji, istilik, su təsərrüfatı bələdiyyə və özəl sektora verilməlidir: (12.02.2016)

Dövlət mülkiyyət hüququnu özündə saxlamaqla kommunal sektoru,enerji,istilik su təsərrüfatını bələdiyyə və özəl sektora verməlidir. Bu halda büdcədən vəsait alan bu sektor nəinki büdcəyə yük olmaz, hətta büdcəyə xeyli vəsait gətirər. Mən burada məsələ qaldırmışdım ki, səslənən təkliflər aidiyyatı üzrə qurumlara göndərilsin və bu gün kolleqalarım da bu fikiri səsləndirdi. Ona görə hesab edirəm ki, təkliflərim nəzərə alınacaqdır.(Dəfələrlə qaldırılmış məsələ)

5.Gənclərə aşağı faizlə kreditlərin verilməsi: (12.02.2016)

Gənclərin yerlərdə işsiz qalmaması, kənd təsərrüfatının inkişafında bu işçi qüvvəsindən səmərəli istifadə üçün yerlərdə fermer təsarüffatlarının qurulması üşün bu gənclərə aşağı faizlə kreditlərin verilməsi, daimi məskunlaşmaı üçün torpaq sahələrinin verilməsi vacibdir. 4 il əvvəl mən bu təkliflə çıxış etmişdim.
Bu xəbər oxucular tərəfindən 2150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed