09.01.2020 [10:21] - Hadisə
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayondakı mağazaların birindən 1530 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayonda dörd avtomobildən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Miriyev tutulub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Kazımovanın bank hesabından 152 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov yaxalanılıb. Onun ətrafında aparılmış tədbirlərlə həmin şəxsin Bürcəli kənd sakini Ş.Əşrəfovanın 301 manatını eyni üsulla oğurlaması da müəyyənləşdirilib.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |