09.01.2020 [10:50] - Gənclik
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə kompüter proqramlarının tədrisinə başlanılıb. Gənclər və İdman Nazirliyindən bildiriblər ki, kompüter proqramlarının tədrisi Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olan “Gənclərin Vebinar dərsi” layihəsi çərçivəsində Sumqayıt Gənclər Evində təşkil edilir. Layihə rəhbəri Şəms Şükürova çıxışında məqsədin gənclərin internet məkanında və informasiya texnologiyalarından səmərəli istifadəsini təmin etmək, onların kompüter, xüsusən dizayn proqramları sahəsində biliklərə yiyələnmələri, daha rahat, vaxtlarına qənaət edərək interaktiv üsulla bacarıqlarını inkişaf etdirmək və gələcəkdə məşğulluqlarının təmin edilməsinə imkan yaratmaqdan ibarət olduğunu bildirib. Qeyd olunub ki, layihə çərçivəsində ümumilikdə altı dərs proqramı tədris olunacaq və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək. Tədbirdə çıxış edən Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Sonra gənc proqram təminatçısı Əli Miriyev tərəfindən vebinar formatda kompüter sahəsində ilkin anlayışları olan 16 iştirakçıya “Microsoft Office” paketi çərçivəsində “MS PowerPoint” proqramının ilkin anlayışları, texniki xüsusiyyətləri və işləmə mexanizmi haqqında məlumat verilib. Bildirilib ki, proqramdan əsasən qrafiklər, şəkillər, audio və videokliplər vasitəsilə təqdimatların və bir çox çap məhsullarının yaradılması üçün geniş istifadə olunur.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 3104 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |