Şrift:
Gənclərin müasir biliklərə yiyələnmələri layihənin ilk tədbiri BDU-da təşkil olunub
09.01.2020 [10:54] - Gənclik
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin uğur üçbucağı: Sağlam ol, yaxşı təhsil al, doğru peşə seç” layihəsinin birinci tədbiri Bakı Dövlət Universitetində təşkil olunub. Layihənin məqsədi sağlam ruhlu gənclərin yetişməsi, yaxşı təhsil almasına töhfə verməkdir.
Layihənin rəhbəri, Bakı Dövlət Universitetinin tələbəsi Rayaxanım Ağazadə bildirib ki, davamlı inkişaf baxımından gənclərin gələcəyə yönəlik doğru qərar vermələri çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan qızılı”na çevrilməsi konsepsiyası bu məsələyə verilən böyük önəmin göstəricisidir. Təlimdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov, geologiya fakültəsinin dekanı dosent Məhluqə Məmmədova, Dövlət İdarəçilik Akademiyasının xarici dillər kafedrasının müdiri dosent Yusif Ağayev, davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti fəlsəfə doktoru Elşan Əhmədov, İdman Könüllüləri İctimai Birliyinin sədri Dövlət İdarəçilik Akademiyasının müəllimi Miraqil Seyidzadə və digərləri çıxışlarında gənclərin inkişafında yüksək təhsilə, informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına yiyələnmələrinin əhəmiyyətindən danışıblar. Bu baxımdan doğru peşə seçiminin önəmi xüsusi vurğulanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed