09.01.2020 [15:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
6.Kommunal sektora ayrılan 500 milyon vəsaiti kiçik sahibkarlıq sahələrinin yaradılmasına yönəltməli: (23.02.2016)
Heç kimə sirr deyil ki, İş yerləri,ticarət yerlərinin bir qisminin bağlanması ilə bağlı əyalətlərdən Bakıya gəlmiş gənclərin əhəmiyyətli hissəsi əyalətlərə qayıdıb və bu davam edir. Bu qayıdışı faydalı məcraya yönəltmək lazımdır. Gənclərin yerlərdə işsiz qalmaması, kənd təsərrüfatının inkişafında bu işçi qüvvəsindən səmərəli istifadə üçün yerlərdə fermer təsarüffatlarının qurulması üçün kommunal sektora ayrılan 500 milyon vəsaiti bu sahəyə yönəltmək olar. Və yaxud şəhərlərdə kiçik sahibkarlıq sahələrinin yaradılmasına yönəltmək olar.
7.Sahibkar çox qazansa, mütləq bu gəliri də bölmək nə deməkdir?( 04.03.2016)
Bu qanunun 7-ci maddəsinin 7.2-ci bəndində ikinci cümləni diqqətinizə çat-dırmaq istəyirəm. Burada yazılır ki, investor tərəfindən istehsal edilən həmin mal və xidmətlər həddən artıq satın alındıqda, tərəflər arasında müvafiq icra hakimiyyəti or-qanının müəyyən etdiyi qaydaya uyğun olaraq bağlanan müqavilədə gəlirin bölgüsünün həyata keçirilmə qaydası müəyyən edilməlidir. Burada iki məqam var. Birinci, hədd qoymaq, ikinci, gəlirin bölgüsü.
Prezidentin son vaxtlar qəbul elədiyi fərmanlarda davranışın fəlsəfəsində bu durur ki, sahibkarlara kifayət qədər imkan yaradılsın, investisiyalar qoyulsun, kim nə qədər bacarır çox qazansın, onlardan az vergi tutulsun, bu məsələlər təşviq olunsun. Burada bir hədd qoymaq, yəni həm istehsala hədd qoymaq və ya çox qazansa, mütləq bu gəliri də bölmək məsələsinə hədd qoymaq məsələlərə kölgə sala bilər. Bu məhdudiyyət yerinə düşmür. Ona görə buna təkrar baxmağa ehtiyac var.
8.Məmurların israfçılıq və oğurluğuna son qoyulmalı: (15.03.2016)
Abadlaşdırma xidmətləri, və s. xərclər adı ilə ayrılan vəsait göyə sovrulan vəsaitdir. Bunu Beylaqanda stadion timsalında gördük. Stadion uçur və İH başçısının birinci müavini bildirir ki, stadion daxili vəsait hesabına bərpa olunmuşdu. Sonradan məlum olur ki, Preziodent bu məqsədlə 600000 manat vəsait ayırıbmış. Yerli İH onda bu vəsaiti nə edib?
9.Büdcə müzakirəsində təkrar çağırış: (15.03.2016)
Bütövlükdə Mənzil kommunal təssərrüfatı üçün 500 mln manat vəsait xərclənmişdir. Halbuki bu sahə, dövlət mülkiyyəti özündə saxlamaq şərti ilə ozəl idarəetməyə verilsə idi bu vəsait xərclənməz, əksinə büdcəyə vəsait gətirərdi. Mən hökuməti növbəti dəfə bu məsələyə diqqət yetirməyə çağırıram.
10.Təssərrüfatlar arasında koordinasiya qaydaya salınmalı: (15.03.2016)
2014-cü il Dövlət büdcəsindən Avtomobil Yollarının saxlanması və inkişafına 1184,0 mln manat vəsait ayrılmış və tam xərclənmişdir. Yolların əsaslı təmiri zəruridir, amma istismar müddəti nə qədər olacaq, bu sualdır. Çünki gözəl bir yol çəkilir, üstündən qisa bir müddət kecməmiş dağıdılr. Təssərrüfatlar arasında koordinasiya bərbad vəziyyətdədir və bu ciddi israfçılığa səbəb olur.
2-ci hissə

Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |