10.01.2020 [09:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bunun səbəbini onlardan soruşmaq lazımdır”
Avropa Parlamenti bu il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etməyəcək. Bu barədə Avropa Parlamentindən Turan Agentliyinə daxil olan məlumatda deyilir.
“Beləliklə, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvünə Avropa Parlamenti adından seçki prosesini izləmək və şərh etmək səlahiyyəti verilmir. Əgər Avropa Parlamentinin hər hansı üzvü bu seçkiləri müşahidə etmək qərarına gəlsə, o, bunu şəxsən öz adından edəcək və heç bir halda Avropa Parlamentinin nöqteyi-nəzərini və ya mövqeyini təmsil etməyəcək”, - məlumatda bildirilir.
İmtinanın səbəbi açıqlanmır. Əvvəlki seçkilər zamanı Avropa Parlamentinin bəzi nümayəndələri Azərbaycanda monitorinq keçiriblər. Lakin onların rəyləri demokratik qüvvələrin tənqidinə səbəb olub. Onlar avropalı parlamentariləri bilərəkdən çoxsaylı pozuntuları görməzlikdən gəlməkdə və faktiki olaraq saxtalaşdırmaya bəraət qazandırmaqda ittiham ediblər. Bu amilin də nüfuzlu beynəlxalq qurumun Azərbaycandakı seçkiləri izləməkdən imtina etməsinə səbəb olduğu da vurğulanır.
V Çağırış Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Avropa Parlamentinin qərarının heç nəyi dəyişməyəcəyini qeyd etdi: “Əvvəla onu deyim ki, 11 parlament partiyası olaraq, ATƏT rəhbərliyi və ölkəmizə gələn bir qrupla görüş keçirdik. Seçkilərdə müşahidə aparılacaq və proseslər yaxından izlənilir. Bütün qurumların burada müşahidə aparması əsas deyil. Bir ölkədə xalqın iradəsi əsasdır. Eyni zamanda, xalqın içərisindən çıxan müşahidəçilər əsas götürülməlidir. Kiminsə kənardan seçkiləri müşahidə edib-etməməsi o qədər də önəmli deyil. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi çox şəffaf şəkildə buyurun seçkiləri müşahidə edin deyirsə, bununla bağlı çağırış edirsə, başqa nə sözə gərək var? Kimsə hər hansı bir səbəbdən müşahidə etməyə gəlmirsə, günah bizdə deyil. Azərbaycan əksər ölkələrdən fərqli olaraq, birbaşa seçki günü məntəqələri müşahidə etmək üçün hər cür şərait yaradır. Bütün məntəqələr elektron formada izlənilə bilər. Müşahidəçilərin yolları açıqdır. Partiyaların nümayəndələri rahat şəkildə seçkiləri müşahidə edə bilirlər. Bütün Avropa təsisatlarına seçkiləri müşahidə etmək üçün Azərbaycan heç bir qadağa qoymur. İndi Avropa Parlamenti müşahidə aparmaqdan imtina edirsə, bunun səbəbini onlardan soruşmaq lazımdır. Bu bizim üçün maraqlı da deyil, faciə də deyil. Əsas olan odur ki, ölkədə demokratik seçki keçirilsin və seçici də seçkidən razı qalsın”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə burada başqa məqamlarının olduğunu düşünür: “Güman edirəm ki, bu məsələnin pərdəarxası məqamları var. Avropa Parlamenti müstəqil şəkildə olmasa da, ATƏT və Avropa Şurası Parlament Assambleyası ilə birlikdə üzv olmayan ölkələrdə belə seçkiləri müşahidə etmək təcrübəsi var. Səhv etmirəmsə, indiyə qədər bir neçə dəfə Avropa Parlamenti ölkəmizdə seçkiləri müşahidə edib. Ötən il Azərbaycanla Avropa Parlamenti yaxud Avropa İttifaqı arasında müəyyən gərginlik yaşandı və Avropa Parlamenti ölkəmizlə bağlı bəzi qərarlar qəbul etdi. Görünür, bunun da təsirləri oldu. Doğrudur, Azərbaycan Avropa İttifaqının üzvü deyil və Avropa Parlamentində də təmsil olunmur. Bunlar tövsüfedici qərarlardır. Bu qərarlar yerinə yetirilmədiyi, buna əməl olunmadığı üçün hesab edirəm ki, Avropa Parlamenti belə bir qərar qəbul etdi”.
Q.Əlibəyi demokratik düşərgənin Avropa Parlamentinin bəzi nümayəndələrini tənqid atəşinə tutmasını da imtina qərarında əsas rol oyana biləcək amillərdən biri sayır: “Bunun da müəyyən əhəmiyyəti ola bilər. Çünki əvvəlki seçkilərin nəticələri ilə bağlı Avropa Parlamenti, ATƏT, Avropa Şurası Parlament Assambleyası müəyyən tövsiyələr hazırlamışdılar. Həmin tövsiyələrə Azərbaycan tərəfindən əməl olunmur. Bunun da təsirləri olmamış deyil. Amma burada əsas əhəmiyyətli rol oynayan hal kimi Azərbaycanla Avropa Parlamenti arasında ötən il yaşanan gərginliyi göstərə bilərəm. Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin bağlanması üçün gedən danışıqlarda Azərbaycanın mövqeyinin sərt olması, ölkədaxili məsələlərin həmin sazişdə nəzərdə tutulmaması və bu kimi digər amillərin də burada əsas rol oynadığını düşünürəm”.

Cavanşir ABBASLI,
Musavat.com
Musavat.com
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |