13.01.2020 [10:07] - Mədəniyyət
Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı yanvarın 15-də yenidən tamaşaçıların görüşünə gələcək. Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “ƏSA” Teatrı tərəfindən Jan Batist Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşası nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lermandır. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman - Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik komediya əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |