Şrift:
Azərbaycanın yeniyetmə güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar
17.09.2012 [10:36] - Gündəm, İdman
Sentyabrın 15-də Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu Mehmet Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal əldə ediblər.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimizin hər biri fəxri kürsüdə yer tutub.
50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.
Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed