13.01.2020 [11:20] - Gənclik
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) könüllü qayıdışa yardım və reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarının reinteqrasiya yardımı ilə təmin olunmasına davam edir. BMqT-nin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, ötən il könüllü qayıdışa yardım və reinteqrasiya layihələri çərçivəsində nümayəndəlik tərəfindən 105 nəfərə nağd qrant, 598 nəfərə isə qeyri-nağd yardım göstərilib. Ötən il 40 nəfərə tibbi yardım edilib, 120 nəfərə müvəqqəti mənzil təminatına, 188 nəfərə kiçik biznesin qurulması üçün və 285 şəxsə isə zəruri ev əşyalarının alınmasına dair yardım göstərilib. BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailələrinə gəlir gətirən fəaliyyət sahələrinin qurulması ilə bağlıdır. 2019-cu ildə könüllü qayıdışa yardım və reinteqrasiya layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardım verilib. Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər kiçik fermer təsərrüfatı, xidmət sektoru, ticarət və kiçik istehsalat sahəsində sahibkarlıq fəaliyyətlərini qurublar.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |