13.01.2020 [14:21] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 2019-cu il 16-21 dekabr tarixlərində “Liderliyin İnkişafı Proqramı” layihəsi çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmalarını təmsil edən nümayəndələr ölkəmizə səfər ediblər. Komitədən bildiriblər ki, səfər proqramına Ümummilli Liderin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub, habelə ölkənin bir sıra yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşüb. Görüşlərdə xaricdəki soydaşlarımızın öz tarixi vətənləri ilə əlaqələrinin genişləndirilməsi, Azərbaycan əsilli idmançıların Azərbaycan idmanına töhfə verməsi imkanları, Azərbaycan mədəniyyətinin xaricdə təbliği, “Soydaşlar haqqında” qanun layihəsinin perspektivləri və dünyadakı soydaşlarımızın hüquqlarının daha effektiv qorunması, azərbaycanlı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması yolları, soydaşlarımızın üzləşdiyi miqrasiya problemləri, azərbaycanlı icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə daha sürətli inteqrasiyası və bu ölkələrin Azərbaycan ilə əlaqələrinin qurulmasına dəstəyi, ölkəmizdə turizmin, eləcə də kiçik və orta biznesin inkişafı imkanlarının təşviqi, xaricdəki soydaşlarımızın milli təhsil problemləri, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda olduğu kimi qəbul etdirilməsi istiqamətində mümkün səmərəli fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib. Səfər çərçivəsində soydaşlarımız Masazır qəsəbəsindəki məcburi köçkün ailələri, Xocalı şəhidi və Aprel şəhidi ailələrinə baş çəkib. Həmçinin Cocuq Mərcanlı kəndinə səfər edən qonaqlar erməni işğalından azad edildikdən sonra burada aparılmış geniş miqyaslı quruculuq işləri, yaradılmış müasir infrastruktur və yaşayış şəraiti ilə tanış olub, Aprel şəhidlərinin xatirə abidəsi, kənd orta məktəbi və kənd məscidini ziyarət edib. Eyni zamanda, icma nümayəndələri Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla görüşüblər. Sonda “Liderliyin İnkişafı Proqramı”nın ilk məzunlarına rəmzi məkan kimi seçilmiş Cocuq Mərcanlıda müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Liderliyin İnkişafı Proqramı”nın məqsədi xaricdəki soydaşlarımız arasında milli kimliyin qorunub-saxlanılması və təşviqinə dəstək verilməsi, Azərbaycan reallıqlarının dünyaya yayılması, icmalarımızın, Azərbaycana dost olan digər xalqların diaspor təşkilatlarının və eləcə də onların yaşadıqları ölkələrin Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın qurulması işinə töhfə verilməsi və bu məqsədlə icma üzvlərində liderlik keyfiyyətlərinin təşviq olunmasıdır.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |