13.01.2020 [16:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
26.Tək şəhid övladlarının hərbi xidməti ilə bağlı: (15.10.2016)
Tək şəhid övladlarının hərbi xidməti ilə bağlı mənə xeyli müraciətlər olur və mənə elə gəlir ki başqa deputatlara da belə müraciətlər olur. Bir övladı olan şəhid ailələrində həmin övladın hərbi xidməti məsələsinə münasibətdə qanunda dəyişiklik etməyimiz yaxşı olar. Yəni bir övladı olan şəhid ailəsindən çağırışçının ya hərbi xidmətdən azad eləmək, ya da ən azından onun arxa cəbhədə xidmətini təmin eləməklə bağlı biz bir tədbir görsək, o müraciətləri müsbət cavablandırmış olarıq. Elə də böyük bir kontingent yoxdur ,məncə bunu eləməyə dəyər.
27.Şəhid ailələrinin övladlarının müavinəti ilə bağlı: (15.10.2016)
Şəhid ailələrinin övladları ali təhsil aldıqları müddətdə müavinətlərini alırlar, amma həmin yaşda hərbi xidmətdə olanlar müavinət almırlar. Amma şəhid ailələrinin övladı hərbi xidmətdə olanda daha çox ehtiyaclı olurlar və məncə hərbi xidmətdə olan şəhid ailələrinin övladlarına da müavinətin verilməsini təmin eləmək olar. Bu təklifi nəzərə alsaq atılan addımları daha da qüvvətləndirmiş olarıq.
28.Ermənistanda AES təhlükəsini Konvensiyaya əlavə edək: (28.10.2016)
Biz həmişə belə sazişləri qəbul edəndə çalışırıq ki, düşmən tərəfin mövqelərinə müəyyən qədər zərbələr vura bilək, yəni biz haqlı tərəfik. 8.4-cü maddədə yazılır ki, anlaşma, fəaliyyət və dəstəyin genişləndirilməsi üçün əməkdaşlıq və sadələşdirmə sahələrinə müvafiq olaraq aşağıdakılar daxil ola bilər. Erkən xəbərdarlıq sistemləri, fövqəladə hallara hazırlıq, tədricən baş verən hadisələr və sair. Biz bu sazişə bir qeyd kimi əlavə edə bilərik ki, Ermənistanda atom-elektrik stansiyası ilə bağlı çox ciddi təhlükə mövcuddur və xəbərdarlıq bəndinə uyğun olaraq onun haqqında müvafiq ölçü götürülməlidir.
Üstəlik, həmin atom-elektrik stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisində basdırılmasının potensial təhlükə olduğunu da arayış şəklində bu konvensiyaya əlavə eləsək, yaxşı olar.
29.Şəhərdə ağacların kəsilməsinə etiraz: (11.11.2016)
Yasamal rayonunda bir ərazidə 40 ağacı bir gecədə kəsiblər. Qanunda dəyişiklikdən əvvəl də göstərilirdi ki, bununla bağlı böyük cərimələr var. Əgər belə hərəkətlər olursa, ölçü götürmək lazımdı. Yəni bu cür hərəkətlər edib, şəhərin ortasında məhəllədə bir bina tikirlər. Tikinti haqqında qanunlarda və bununla bağlı başqa qanunlarda da göstərilir ki, bir tikinti olanda onun bir futbol meydançası, uşaq baxçası, istirahət yeri və s. olmalıdır. Bu salınmır-salınmır, bir adam gəlib bina tikəndə, 40-50 ağaçı birdən kəsirsə, bu doğru bir hal deyil. , Belə adamlar çox ağır cəzalandırılmalıdır və bizim burda səsləndirdiyimiz fikirlər də burda qalmamalıdır.
30.Qazla bağlı əhalini aldatma hallarına son qoyulsun: (11.11.2016)
Əhali ilə işləyən deputatlar onların əhval ruhiyyəsini, verilən təklifləri, çatışmayan məsələləri bilirlər.
Qaz ilə bağlı olaraq, yeni tikilən binalara qaz verirlər və qaz verən strukturlar gəlib 500 manata orda qaz sayğacı quraşdırırlar. Amma, qanunun 9-cu maddəsində göstərilir ki, sayğaclar ödənişsiz quraşdırılmalıdır. Növbəti yoxlamalar belə ödənişsiz olmalıdır. Burda olan təklifləri müvafiq strukturlara çatdıraq ki, lazımi ölçü götürsünlər
6-cı hissə

Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |