Şrift:
Taekvondo üzrə üçüncü beynəlxalq “Ümid” kuboku turniri keçiriləcək
14.01.2020 [05:32] - İdman
Yanvarın 18-də taekvondo üzrə üçüncü beynəlxalq “Ümid” kuboku açıq birinciliyi start götürəcək. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunacaq yarış iki gün davam edəcək. Abşeron Olimpiya Kompleksində təşkil ediləcək birincilikdə 2009-2012-ci il təvəllüdlü uşaqlar, 2006-2008-ci il təvəllüdlü yeniyetmələr, 2003-2005-ci il təvəllüdlü gənc taekvondoçular qüvvələrini sınayacaqlar.
“DAEDO International” taekvondo sistemi ilə keçiriləcək yarışa rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının hakimlər komitəsi və “Ümid” taekvondo klubu həyata keçirəcək. Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar “Ümid” taekvondo klubunun diplom və medalları ilə təltif olunacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed