Şrift:
Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar
14.01.2020 [05:37] - Hadisə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Əmircan qəsəbə sakini A.Salahov yanvarın 7-də saat 18 radələrində qəsəbə ərazisində iki nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını deyib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Cəfərov və Quba rayon sakini İ.Gülməmmədov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıblar. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov isə yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək yaxalanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed