14.01.2020 [05:40] - Hadisə
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin götürülüb. 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə onun evindən 14 kiloqram 595 qram marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |