14.01.2020 [07:17] - Sağlıq
İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar immun sistemini gücləndirərək, başda xərçəng olmaqla bir çox xəstəlikin riskini azaltmağa kömək edir. Həmçinin qabıqları da orqanizm üçün çox lazımlıdır.
C vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen quruluşunu dəstəkləyərək ona daha parlaq və sağlam görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə yaxşı təsir etdiyi çoxdan sübut olunub. Nar qabığının tərkibindəki ellagik turşusu isə xərçəng hüceyrələrinin yaranmasına mane olur. Nar qabığı çayı dəri, mədəaltı vəzi kimi ciddi xərçəng xəstəliyinin müalicəsində effektiv nəticə göstərir. Nar qabığı yalnız xərçəngi deyil, pis xolesterini də aşağı salmağa yardım edir. Nar qabığı diş və damaqlar üçün də çox faydalıdır. Üyüdülmüş qabığı diş məcununa əlavə edib dişlərinizi təmizləyin. Bu vasitə dişləri ağardır və damaqları möhkəmləndirir. Nar qabığı çayı xalq təbabətində çox geniş istifadə olunur. Bu çay ishal zamanı kömək edir, xolesterinin səviyyəsini aşağı salır, orqanizmi qurdlar və ziyanlı maddələrdən təmizləyir.
Çay necə hazırlanır? İlk növbədə qabıqları qurutmaq lazımdır. Bunun üçün nar qabıqlarında olan ağ hissələri ayırın və onları qaranlıq və rütubətsiz şəraitdə qurudulur. Quruyan nar qabığını üyüdün və sonra müalicəvi çayın hazırlanması üçün istifadə edin. 1 ç.q. üyüdülmüş qabığı 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, süzün, gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla için. Belə çayı daim və ya çox tez-tez içmək olmaz. Bu qəbizlik və digər problemlərə gətirib çıxarda bilər.
Nar qabıqları ilə saç baxımı. Nar qabıqlarını qaynadıb saçları yaxalayın. Bu dəmləmə saçları möhkəmləndirir, saçların uzanmasını sürətləndirir, kəpəkdən azad edir.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |