15.01.2020 [05:50] - Hadisə
Cəlilabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göytəpə şəhər sakini Ş.İsmayılovun evinin zirzəmisindən 2 kiloqram 565 qram heroin aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə Ş.İsmayılovun həmin vaxt orada olan həmyerliləri A.Zeynalovdan və G.Məmmədovdan ümumilikdə 7 qrama yaxın heroin götürülüb. Polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağayevin evindən 2 kiloqram 207 qram heroin və metamfetamin aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |