15.01.2020 [06:03] - Hərb
Son zamanlar Ermənistanın Rusiyadan aldığı ikiyerli çoxməqsədli Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya öz ordularının silahlanmasını gücləndirməsi və Azərbaycan ərazisində demək olar ki, istənilən hədəfə, o cümlədən hava hücumundan müdafiə sistemlərini susdurma qabiliyyətinə malik olması barədə məlumatlar yayılıb. Uzun müddət Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hava hücumu təhdidlərinə qarşı HHQ-nin qabiliyyətlərinin hesablanması üzrə mütəxəssis, hazırda ehtiyatda olan polkovnik Oqtay Bədəlov Ermənistanın əldə etdiyi silahların ölkəmiz üçün hansı təhlükələri yarada biləcəyini və Azərbaycanın bu təhdidləri zərərsizləşdirmək üçün malik olduğu imkanlar barədə açıqlama verib. O.Bədəlovun sözlərinə görə, yüksək manevr imkanına malik Su-30SM təyyarəsi fazalaşdırılmış anten qəfəsli radiolokator, idarəetmə vektorlu mühərrik və ön üfüqi quyruğu ilə təchiz edilib. Təyyarənin əsas xüsusiyyətləri isə sürətin saatda 2121 kilometr, praktiki uçuş tavanının 17, döyüş radiusunun 1500 kilometr, döyüş yükünün 8 ton, eləcə də “hava-hava” və “hava-yer” kimi müasir yüksək dəqiqlikli silahlardan istifadə imkanına malik olmasıdır. İlk uçuşuna 2012-ci ildə başlayan Su-30SM təyyarəsi 2018-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. Bu tip təyyarələr və onların modernləşdirilmiş variantları bu günədək texniki səbəblərdən 15 dəfəyədək qəzaya uğrayıb.
“Bu təyyarələrin döyüş tətbiqinə gəldikdə bildirmək istərdim ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, 2018-ci ilin mayında Xmeymim (Suriya) aerodromundan havaya qalxdıqdan sonra Su-30SM Aralıq dənizi üzərində qəzaya uğrayıb. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 təyyarəsinin hava döyüşündə Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI təyyarəsinə döyüş tapşırığını yerinə yetirməsinə imkan verməməsi barədə xarici mediada məlumatlar yayılıb. Xarici mətbuatda dəfələrlə bu tip təyyarələrin texniki çatışmazlığı barədə də xəbərlər yer alıb. O da bildirilir ki, Su-30SM qırıcılarının avionikası, naviqasiya sistemi ilə bağlı hələ də problemlər var və hətta onun AL-31F güc qurğusunun məhdud resursu mövcuddur. Bütün bunlar Su-30SM təyyarəsinin hələ də istismar edilməsi, döyüşdə tətbiq olunması üzrə təcrübə toplamasından xəbər verir və bu təyyarənin bütün üstünlükləri və mənfi cəhətlərini müəyyən etmək üçün kifayət qədər vaxt tələb olunacağına bir işarədir. Erməni mənbələrinin yazdığına görə, Azərbaycanın HHM sistemlərinə qarşı Su-30SM tərəfindən gələn əsas təhdid təyyarənin 100 kilometrdən 200 kilometrə qədər uzaqlıqdan tətbiq etmək imkanına malik idarəolunan “hava-yer” və radar əleyhinə raketləri (X-29, X-31 və X-58, X-59 sinif raketlər), eləcə də HHM vasitələrinə maneələrin qoyulması və qırıcının yüksək manevr bacarığıdır. Hava hücumundan müdafiə döyüşünün aparılmasında ən mürəkkəb iş düşmənin hava vasitələrinin erkən aşkarlanması, həmçinin hədəfin məhv edilməsi üçün aviasiya və HHM aktiv vasitələrinə hədəfgöstərmənin vaxtında ötürülməsidir. Uçuş-texniki xüsusiyyətlərinə və döyüş tətbiqi prinsiplərinə görə Su-30SM yuxarıda göstərilən idarəolunan raketləri buraxması üçün qırıcı döyüş tətbiqi hündürlüyünü tutmalıdır. Bu hündürlük 5-15 kilometr arasındadır. Məhz bu yüksəklikdə HHM qüvvələri göstərilən qırıcını mütləq aşkar və müşayiət edəcəklər. Bundan əlavə, hərbi əməliyyat teatrının mürəkkəb dağlıq relyefə malik olması Su-30SM qırıcısının aşağı hündürlükdə hədəfə o qədər də yaxınlaşmasına və Azərbaycan HHM sistemləri tərəfindən görünməməsinə imkan vermir”, - deyə hərbi ekspert bildirib. Polkovnik O.Bədəlov qeyd edib ki, bu gün Azərbaycan müasir dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (RƏM) sistemlərinə malikdir. Mövcud və perspektivdə mümkün təhdid və risklərə əsaslanaraq hava sərhədlərinin və mühüm dövlət obyektlərinin mühafizəsini təmin etmək üçün Azərbaycan HHM sistemlərini daim müasir vasitələrlə zənginləşdirir. Azərbaycan Hərbi Hava Qüvvələri qərargahının keçmiş zabiti kimi əminliklə qeyd edə bilərəm ki, HHM sistemlərimiz hazırda İspaniyanın “Indra” şirkəti tərəfindən istehsal olunan, sutka ərzində istismar edilən və düşmənin bütün mövcud hava hücumu vasitələrinin (aerodinamik və ballistik) aşkarlanmasına, müşahidə altında tutulmasına imkan verən orta və uzaq mənzilli müasir “Lanza” radiolokasiya stansiyaları ilə əlavə olaraq təchiz edilib. Hava düşməninin yuxarıda göstərilən təhdidlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın HHM qoşunlarında yeni rəqəmsal element bazasına malik, özünütuşlayan aktiv başlıqlı raketlər, eləcə də təyyarə, helikopter, pilotsuz uçuş aparatları (PUA), qanadlı və ballistik raketləri məhv etmək üçün müasir alqoritmlərlə təchiz edilmiş “Favorit”, “İldırım-8” və digər uzaqmənzilli zenit-raket sistemləri döyüş növbəsindədir. Eşelonlaşdırılmış, çoxfunksiyalı hava hücumundan və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına və raket qoşunlarına malik Azərbaycan Ordusu düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir. Məsələn, 2019-cu ildə Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələrinin birgə təlimləri zamanı icra edilən bir ssenariyə əsasən, Türkiyə HHQ-nin F-16 qırıcıları Azərbaycanın HHM-ni aşa bilmədi və şərti olaraq məhv edildi. Yəqin ki, mənimlə razılaşarsınız ki, Su-30SM heç də F-16-dan üstün deyil. Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksinə (ZRK) sahib olması barədə fikirlərini bildirən O.Bədəlov deyib ki, normativ taktiki sənədlərə əsasən, HHM vasitələri obyekt, qoşun və gəmi növlərinə görə fərqlənir. Bu fərqlənmədən irəli gələrək HHM vasitələri kimi zenit-raket komplekslərinin də təyinat üzrə müəyyən vəzifələri var. Tor-M2KM kiçik mənzilli qoşun zenit-raket kompleksidir. ZRK-nin məhvetmə məsafəsi 15 kilometrə qədərdir ki, bu da taktiki səviyyədə hərbi və digər obyektlərin hava zərbələrindən müdafiəsi üçün hazırlanıb. ZRK düşmənin PUA, aviasiya bombaları, təyyarə və helikopterlərinə qarşı effektiv mübarizə apara bilər. Mətbuatda və ya rəsmi məlumatlarda Tor-M2KM-in döyüş şəraitində tətbiqi barədə məlumatlar mövcud deyil və bu ZRK üçün vacib amildir. Bu ZRK-nı istismar edən mütəxəssislərlə söhbətlər zamanı həmin mütəxəssislər onun döyüş imkanlarını yüksək qiymətləndirməyiblər. Ona görə də Ermənistanın Tor-M2KM kompleksinə sahib olmasının onlara hər hansı bir üstünlük verdiyini iddia etməsi gülüncdür. Azərbaycan HHQ-nin həm təyyarələrində, həm də helikopterlərində bu ZRK-nın məhvetmə əhatəsinə daxil olmadan onu sıradan çıxara bilən aviasiya məhvetmə vasitələri mövcuddur. Yeri gəlmişkən qeyd edim ki, bu növdən olan silahların bir qismi 2018-ci ildə Bakıda keçirilən hərbi parad zamanı nümayiş etdirilib. HHM ekspertlərinin fikrincə, bu günə qədər ən perspektivli və məhsuldar kiçik mənzilli ZRK Pantsir S1M döyüş imkanlarına görə Tor-M2KM-i xeyli üstələyən zenit-raket top kompleksidir. “Sonda qeyd etmək istərdim ki, Ermənistanın 4 ədəd Su-30SM döyüş təyyarəsi və Tor-M2KM zenit-raket kompleksini alaraq silahlanmada hər hansı üstünlüyə malik olması barədə bəyanatı əsassızdır və daxili auditoriyaya hesablanıb. Məndə belə bir məntiqi sual yaranır ki, axı, nə üçün Ermənistan müasir yüksək texnoloji Su-35, Su-57 və “Pantsir S1M” silahlarını almadı. Cavab çox sadədir: Ermənistan istehsalçı-ölkəyə artıq lazım olmayan silahları əldə edib. Fikirlərimi yekunlaşdıraraq demək istəyirəm ki, Ermənistanın bu silahları almasına baxmayaraq, Azərbaycan hərbi hava qüvvələri yenə də düşmən tərəfini ən azı üç-dörd dəfə üstələyir”, - deyə ehtiyatda olan polkovnik xüsusi vurğulayıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |