Şrift:
Azərbaycanda məcburi köçkün özünü güllələyib
26.10.2011 [10:46] - Hadisə
Azərbaycanın Goranboy rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. Kəlbəcər rayonundan olan məcburi köçkün, 26 yaşlı Zahid Abdullayev ov tüfəngi ilə özünü vurub. O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.
Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed