15.01.2020 [10:36] - Borçalı
Marneulinin girəcəyindəki “Yenə də böyüyəcəklər” abidəsi 1975-ci ildə ucaldılıb. Həmin abidənin ucaldıldığı gündən bu günədək heç bir Marneuli sakini və ya başqası abidə yaxınlaşmaq və şəkil çəkdirməklə bağlı maneə ilə qarşılaşmayıb. Bu gün isə vəziyyət başqadır. Abidənin yerləşdiyi əraziyə daxil olmaq kifayət qədər çətindir, çünki maşınların üçün nəzərdə tutulmuş hər iki giriş və insanların girişi üçün nəzərdə tutulmuş yeganə qapı kilidli idi. Marneuli meriyası “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində parkın salınmasına milyon lariyədək vəsait xərcləyib. Parkın salınması işlərinin tamamlanmasına baxmayaraq sakinlərin oraya daxil olması çətindir. Giriş qapısı qıfılla kilidlənib, qıfılın açarı isə parkın gözətçisindədir. Demək olar ki, qapının kimə açılıb, kimə açılmayacağına o, qərar verir.
Marneuli meriyasından verilən məlumata görə, parkın ərazisi hələlik bağlı olmalıdır, çünki parkın rəsmi açılış mərasimi hələ baş tutmayıb. Yenilənmiş “Yenə də böyüyəcəklər” abidəsinin rəsmi olaraq yanvarın sonlarında açılacağı güman olunur. Bunadək isə parkda istirahət etmək istəyən sadə vətəndaşlar gözətçidən qapını açmağı xahiş etməyə məcburdurlar. Əks halda isə istirahət üçün parka getmiş sakinlər şlaqbaumun altından əyilərək keçməli və ya hasardan aşmalıdır. Qeyd etdiyimiz kimi, parkın açılışı hələ ki baş tutmayıb, lakin parka artıq müəyyən dərəcədə ziyan dəyib. Belə ki, maşınların girişi üçün nəzərdə tutulmuş yerə qoyulmuş şlaqbaumlardan biri sınıb və daha sonra yapışqanla bərkidilib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |