Şrift:
F.Quliyev-İctimai nəqliyyatda qiymət artımına etiraz, Real islahatlar, Özəlləşdirmə çekləri və s...
15.01.2020 [15:40] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
8-ci hissə

36.İctimai nəqliyyatda qiymət artımını önləməli: (06.12.2016)

2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb.Metropoliten rəsmilərinin dediyinə görə 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur,
metropoliten 1 sərnişinin daşınmasına görə 34 qəpik ziyanla işləyir...
Metropolitenin ziyanı qarşılamaq üçün alternativ mənbələri də yoxdur. Yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilərsə nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq. Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilərmi?

37.Azərbaycanın xarici dövlət borcu : (06.12.2016)

2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank quruimları və kredit təşkilatları ilə 10,6 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır.İstifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun umumi məbləği 7 mlrd. 650,7 mln. (12 mlrd. 402,6 mln. manat) təşkil edir. Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər müddətə qaytarılmalıdır.İqtisadiyyatın indiki durumunda bu mümkündürmü?

38.Özəlləşdirmə - çekləri paylanmışdı... (06.12.2016)

Bakıda bir sıra obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur.Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı”nda deyilir.
2017-ci ildə Beynəlxalq Bankın da özəlləşdirilməsi nəzərdə tutulub. Azərbaycanda özələşdirmə prosesi çox biyabırçı şəkildə həyata keçirilir. Yüksək çinli məmurlar özəlləşdirməni elə istiqamətə yönəldiblər ki, özəlləşdirilən və nisbətən yaxşı vəziyyətdə olan obyektlər həmin vəzifəli şəxslərin əlinə keçib: Özəlləşdirmə başladığı ilk dövrlərdə vətəndaşlara özəlləşdirmə çekləri paylanmışdı.. Amma insanlar öz mülklərindən məhrum edildilər. Dövlətin mülkiyyəti bir sıra metodların nəticəsində müəyyən adamların əlində cəmləşdi. Azərbaycan iqtisadiyyatında müşahidə edilən anomalyaların səbəblərindən biri məhz budur. Dövlətin maliyyə vəsaiti hesabına dövlətə məxsus obyektlər bir sıra hallarda yaxşı vəziyyətə gətirilib, əsaslı təmirinə külli miqdarda pul buraxıldıqdan sonra aşağı qiymətlərlə özələşdirməyə çıxarılır. Ya da gözəgəlimli obyekti fəaliyyətsiz hala saldıqdan sonra onu ələ keçirirlər. Bu hal aradan qaldırılmalıdır. Dövlət obyektləri dövlətə maliyyə vəsaiti cəlb etmək üçün özəlləşdirməyə çıxarılır, tədiyyə balansında yaranan kəsiri qapatmaq üçün özəlləşdirmə bir vasitə kimi nəzərdən keçirilə bilər. Amma hər şeyi real bazar qiymətində dəyərləndirmək daha düzgün olardı.

39.Real islahatlar 5 istiqamətdə təcili aparılmalı: (06.12.2016)

Artıq həssaslıq artıb və hökumət vəziyyətin ağırlığını anlayıb, real islahatlara getməlidir
Dünya Bankı da makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyyə edib. Azərbaycan hökumətinə 5 bənddən ibarət tövsiyyələr verilib. Buraya monetar siyasətin dəyişilməsi, valyutanın çevik məzənnəsinə keçid, və həmin siyasətdə balansın əldə olunması daxildir.
Azərbaycan və həmçinin də neft-ixracatçıları digər ölkələr üçün vacib olan ikinci məsələ – maliyyə, o cümlədən bank sektorunun stabilləşməsidir.
Neftin qiymətində olan azalma bank sektoruna da mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var.
Neftin qiymətinin kəskin dəyişilməsi və ardınca gələn devalvasiya banklar üçün böyük problemə çevrilib, bu da problemli kreditlərin artımına gətirib. Bu vəziyyətin həlli üçün sxemlər tapmaq zəruridir ki, onlar dövlət büdcəsinə də ,əhaliyə də böyük yük olmasın. Problemli kreditlər artdığından orta və uzunmüddətli tədbirlər görülməlidir.
Üçüncü məsələ-neft və qeyri-neft gəlirləri arasında balansla davamlı ortamüddətli büdcələşdirilmədir.
Dördüncü məsələ – gəlirlərin şəffaf və ədalətli bölüşdürülməsinə nail olmaqdır. Məqsəd milli gəlirlərin azalmasından əsas yükün əhalinin daha həssa təbəqəsinin üzərinə düşməməsidir.
Beşinci məsələ hökumətin diqqətini yeni iş yerlərinin yaradılması, rəqabətlə bağlı vəziyyətin yaxşılaşması məqsədilə islahatların aparılması olmalıdır.
Azərbaycan iqtisadiyyatının bütün sahələri hazırda böhranın təsiri altındadır

40.Pul siyasətinə yenidən baxılmalı, həmçinin, maliyyə sektoru sabitləşdirilməli: (06.12.2016)

Ölkənin valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunur ki, bu da ölkə iqtisadiyyatına çox ciddi zərbə vurur. Bu məncə itirilmiş vəsaitdir və ümumiyyətlə, məəzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsi doğru siyasət deyildi .Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir. Bu yanlış yanaşmanın nəticəsidir ki,
Ötən ilin analoji dövrü ilə müqayisədə isə Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.
Pul siyasətinə iqtisadiyatda baş verən proseslər müstəvisində yenidən baxmaq vacibdir. Həmçinin, maliytə sektoru sabitləşdirilməlidir.
Azərbaycan iqtisadiyyatının birtərəfli inkişaf etməsi və neftdən asılı iqtisadiyyatın gələcəkdə ciddi böhranla üzləşə biləcəyi əvvəlcədən proqnozlaşdırılan idi,Mən də bu məsələyə hər büdcə müzakirəsində toxunmuşam.
Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Ekspertlərin qənaətinə görə, növbəti iki ildə də iqtisadi geriləmə , 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq”.
Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed