17.09.2012 [13:14] - Güney Azərbaycan xəbərləri
Ramil Səfərovun Azərbaycana ekstradisiya olunaraq əfv edilməsinə bu dəfə İranda yaşayan ermənilər etiraz ediblər. Aksiya zamanı Ramil Səfərovun şəkli yandırılıb.
İranın paytaxtı Tehranın Surb Sarkis kilsəsində Macarıstanda Azərbaycan zabiti Ramil Səfərovun qətlə yetirdiyi erməni zabiti Qurqen Markaryanın xatirəsinə anım mərasimi keçirilib, bu münasibətlə dini ayin icra edilib. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, mərasim iştirakçıları azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan ekstradisiyasına və ölkə prezidenti tərəfindən əfv olunmasına etirazlarını bildiriblər. Onlar Ramil Səfərovun şəklini yandırıblar.
Qeyd edək ki, həmin kilsədə bu il qondarma erməni soyqırımının ildönümü də qeyd edilmişdi. Amma İran rəsmiləri Tehranda 2008-ci ildə, həmçinin ötən il Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mərasimi keçirməyə icazə verməmişdi.
Xatırladaq ki, erməni zabitini qətlə yetirməkdə şübhəli bilinərək Macarıstanda ömürlük azadlıqdan məhrum edilən Ramil Səfərov Azərbaycana ekstradisiya olunaraq ölkə prezidenti tərəfindən əfv edilib. Rəsmi Bakı bunun beynəlxalq konvensiyalara və qanunlara uyğun həyata keçirildiyini bəyan edib
Xəbərlə əlaqədar video reportajı aşağıda izləyin

Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |