Şrift:
“Milan”, “Yuventus” və “Fiorentino” dörddəbir final mərhələsinə vəsiqə qazanıb
16.01.2020 [10:10] - Mədəniyyət
Yanvarın 15-də futbol üzrə İtaliya kubokunun səkkizdəbir final görüşləri keçirilib.
“Milan” klubu SPAL komandasını (3:0), “Yuventus” “Udineze”ni (4:0), “Fiorentino” isə “Atalanta”nı məğlub edərək (2:1) turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. Yarımfinalda “Milan” “Torino” ilə, “Fiorentino” isə “İnter” klubu ilə üz-üzə gələcək. “Yuventus” isə “Roma” - “Parma” cütlüyün qalibi ilə qarşılaşacaq. Növbəti mərhələnin oyunları yanvarın 29-da oynanılacaq.
Qeyd edək ki, ölkənin futbol federasiyasının reqlamentinə görə İtaliya kubokunun yarımfinal mərhələsinə qədər oyunlar bir oyundan ibarət olur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed