17.09.2012 [13:45] - Hərb
İranın hərbi rəhbərliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əsgərlərini qonşu ölkələrə, o cümlədən Suriyaya göndərdiyini təsdiq edib.
İİKK-nın briqada generalı Məhəmməd Əli Cəfərinin dediyinə görə, xüsusi təyinatlıların bir neçə dəstəsi Suriya və Livandadır. General bildirib ki, iran hərbçiləri oraya məsləhətçi qismində göndəriliblər: "Bu o demək deyil ki, bizim həmin ölkələrə hərbi müdaxiləmiz var".
Bundan başqa, Cəfəri deyib ki, İrana qarşı hərbi kampaniya başlanılarsa, o zaman islam respublikası Hörmüz boğazına, həmçinin ABŞ-ın Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki bazalarına zərbə vuracaq. "Bütün bu obyektlər İran raketlərinin radiusu çərçivəsində yerləşir", - iranlı general bildirib.
İran hərbçilərinin Suriyaya göndərilməsi barədə bu il sentyabrın 6-da Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yaymışdı. Xarici kəşfiyyatın məlumatlarına istinad edən "The Daily Telegraph" bildirmişdi ki, Dəməşqə bu cür yardım haqda qərarı Tehran hökuməti 2012-ci ilin iyulunda, Suriyanın müdafiə naziri terrorist tərəfindən məhv ediləndən sonra verib. İran hərbçiləri Suriyaya tonlarla hərbi yükün (silah, raketlər) olduğu təyyarələrdə gəlmişdilər.

Bu xəbər oxucular tərəfindən 1109 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |