16.01.2020 [10:22] - Hadisə
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakıxanov qəsəbəsində tutulub. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus üç patron və daraq aşkarlanaraq götürülüb. Faktla bağlı 13-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |