17.09.2012 [13:59] - Güney Azərbaycan xəbərləri
Şərqi Azərbaycan "Hizbullah" Şurasının idarə heyəti Azərbaycanlı satiraçıları və vilayətdə incəsənət təmsilçilərini təhdid etdi. "Sulduz" adlı vebsayt bu xəbəri Təbrizin “Hizbullah” adlı vebsaytına istinadən yayıb.
"Hizbullah" xəbərdarlığını vilayətin qeyri-islami İrşad idarəsinin rəisinə ünvanlayıb. Mədəniyyət işlərinə nəzarət edən İrşad idarəsinin bir vəzifəsi də senzura tətbiq etməkdən ibarətdir.
Şərqi Azərbaycan "Ansari Hizbullah"ının vebsaytı İrşadi İslami idarəsinə xəbərdarlığın səbəbini teatr tamaşalarının səhnəyə qoyulması ilə izah edib və Azərbaycanın satiraçılarının teatr əsərləri yazıb, onları səhnədə oynadıqlarını bildirib.
Təbriz "Hizbullah"ının bəyanatında vilayət rəsmisindən satiraçıların televiziya, teatrlar və kinoteatrlarda tamaşalarının səhnələşdirməsinə icazə verməməsiyini istəyib.
Bəyanatda İrşad idarəsinə “mütrüf” adlandırılan satiraçıların fəaliyyətinə imkan verməməsilə bağlı xəbərdarlıq edilir və bunu etmədiyi təqdirdə idarənin fəaliyyətinin davam etdirilməsi qarşısında çətinliklər yaradılacağı ilə bağlı təhdid səsləndirilir.
Satiraçılara səhnədə İranda şah dövrünün musiqisi, habelə Türkiyə və Azərbaycan musiqisi ifa edib, rəqs etdiklərinə görə mütrüf adı verilib.
Vebsayt satiraçı yazarlar və oyunçuların bir neçəsinin şəklini yayıb və burada Təbrizdə ən tanınmış satiraçılar hədəf alınıb.
Onların arasında Səməd Məmməd adlı satira qrupunun üzvləri və oyunçular var.
Azərbaycanlı satiraçıların sosial-ictimai problemlərə toxunduğu tamaşaları böyük yumorla seçilir və əhali tərəfindən çox bəyənilir.
Bu proqramların çoxu Youtube saytında yerləşdirilib.
Bu, ilk dəfədir ki, Şərqi Azərbaycan satiraçıları təhdidlə qarşılaşırlar. Müşahidəçilər gələcəkdə satiraçıların təqib, ya da həbs edilə biəcəyini istisna etmirlər..

Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |