Şrift:
Musiqili Teatr “O olmasın, bu olsun”u növbəti dəfə repertuara salıb
16.01.2020 [23:04] - Mədəniyyət
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunacaq. Fevralın 2-də təqdim ediləcək tamaşanın quruluşçu-dirijoru ‘məkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı ‘məkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri ‘məkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
Səhnə əsərində rolları ‘məkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları canlandıracaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed