16.01.2020 [23:31] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının “Setra S215 HD” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəticədə nəqliyyat vasitəsinin baqajında xüsusi qaydada hazırlanan taxta qutunun içərisində gömrük nəzarətindən gizlədilən üzərlərində “Tryon” yazılan 100 dəst idman geyimi və 75 cüt corab, 98 kiloqram toyuq əti, 43 kiloqram kolbasa, 9 kiloqram sosiska, 10 ədəd 5 litrlik çaxır və bir ədəd üzərində “22111-2G410” yazılan mühərrik aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |