16.01.2020 [23:51] - Hüquq
Əqli Mülkiyyət Agentliyində “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi” tvinninq layihəsinin icrası çərçivəsində Bakıya səfər edən Yunanıstan, Fransa və Macarıstandan olan ekspertlər ilə görüş keçirilib. Bu barədə Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov qonaqları salamlayıb və Agentliyin həyata keçirdiyi fəaliyyətlər barəsində qısa məlumat verib. O, Agentliyin tvininq layihəsinin icrasında çox maraqlı olduğunu və buna xüsusi önəm verildiyini bildirib.
Layihənin Rezident Tvinninq Müşaviri İoannis Anagnostopoulos ekspertlərin bu dəfəki səfərinin ikinci komponent “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin texniki cəhətdən gücləndirilməsi” və üçüncü komponent “Hüquqi-tənzimləyici bazanın nəzərdən keçirilməsi və yeni qanunvericiliyin işlənib hazırlanması” üzrə olduğunu qeyd edib. Tvininq layihəsinin üçüncü komponentinin rəhbəri, müəlliflik hüququ üzrə nüfuzlu beynəlxalq ekspert, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun sabiq köməkçisi, Mərkəzi və Şərqi Avropa Müəlliflik Hüququ Alyansının (CEECA) sədri Mihály Ficsor yenidən Azərbaycana səfər etməsindən böyük məmnunluq hissi yaşadığını diqqətə çatdırıb, Azərbaycanın müəllif-hüquq qanunvericiliyinin Avropa İttifaqının (Aİ) qanunvericiliyinə və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində artıq bir çox işlərin görüldüyünü və ölkəmizdə qabaqcıl qanunvericiliyin mövcud olduğunu vurğulayıb. O, Aİ-nın müəlliflik hüququ üzrə direktivləri haqqında qısa məlumat verərək layihənin icrası müddətində Azərbaycanın müəlliflik hüququ qanunvericiliyinin bir daha nəzərdən keçirililəcəyini və Aİ qanunvericiliyinin son dəyişikliklərinə uyğunlaşdırılması məqsədilə müvafiq sənədlərinin hazırlanması, o cümlədən milli rəqəmsal aqreqatorun yaradılması və nəzarət markalarının tətbiqi sisteminin başa çatdırılması üzrə hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin aparılacağını bildirib.
Yunanıstanın Müəllif Hüquqları Təşkilatının əməkdaşı Nikos Stavropoulos səfər çərçivəsində layihənin ikinci komponenti üzrə Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən tərkibində müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi sisteminin avtomatlaşdırılması və milli rəqəmsal aqreqatorun hazırlanması üzrə işlərin davam etdiriləcəyini, uyğun proqram təminatına dair məsləhətlərin veriləcəyini diqqətə çatdırıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |