Şrift:
Balet ulduzu Ülvi Əzizov “Şelkunçik”də baş rolu ifa edib
17.01.2020 [00:57] - Diaspor
Latviyanın paytaxtı Riqanın “VEF” mədəniyyət sarayında həmyerlimiz Ülvi Əzizovun
“Etoile Ballet Gala” layihəsi çərçivəsində izlənilən səhnə əsərində Moskvanın məşhur “Klassik balet” teatrının artistləri də çıxış ediblər. Andreya Mota və Ülvi Əzizovun baş rolları ifa etdiyi baletdə bütün heyətin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, balet maraqla qarşılanıb.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Məktəbinin məzunu olan Ülvi Əzizov Türkiyədə də balet ustası kimi təkmilləşib. Dünya şöhrətli Yuri Qriqoroviçin təşkil etdiyi “Dünyanın gənc baleti” müsabiqəsində (2006) xüsusi mükafata layiq görülən həmyerlimiz, hər zaman səhnədə məharətli çıxışları ilə yadda qalır. Tanınmış balet ustası V.Pisarev onu “Dünya baletinin ulduzları” qala-konsertində iştirak etmək üçün dəvət edib. Ü.Əzizov Fransa, İtaliya, Yunanıstan, Rusiya, Ukrayna, Finlandiya, Çexiya, Almaniya və başqa ölkələrin balet teatrlarında böyük uğurla çıxış edir. 2009-cu ildə R.Nureyev adına XVI Beynəlxalq Balet Festivalında Ü.Əzizov “Balet sənətinin inkişafına verdiyi töhfələr və yüksək professional sənətkarlığa görə” mükafatı ilə təltif olunub. O, “Don Kixot”, “Bayaderka”, “Korsar”, “Jizel”, “Yatmış gözəl”, “Qu gölü” və digər klassik balet tamaşalarında parlaq obrazlar yaradıb. Latviya baletsevərləri də Ü.Əzizovu yaxşı tanıyırlar. Onun Latviyanın balet səhnələrində müntəzəm olaraq müxtəlif tamaşa və qala-konsertlərdə çıxışı, bir qayda olaraq müvəffəqiyyətlə keçir və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed