18.09.2012 [10:16] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İranda Milli şeir və ədəbiyyat günü kimi qeyd olunur.
Şəhriyarın vəfat etdiyi gün - hicri-şəmsi təqvimlə şəhrivər ayının 27-si (sentyabrın 17 və ya 18-i) 2002-ci ildən Milli şeir və ədəbiyyat günü kimi İran Parlamentində təsdiq olunub. Bu münasibətlə İranın müxtəlif şəhər və bölgələrində Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox "Şəhriyar" təxəllüsü ilə tanınan böyük Azərbaycan şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart (March) ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirib; haqlı olaraq bu poemanın (şeir) dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını deyiblər.
Ustad Şəhriyarın öz səsilə Heydərbaba şerini aşağıda dinləyə bilərsiniz

Bu xəbər oxucular tərəfindən 2383 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |