Şrift:
20 Yanvar faciəsinin 30-cu ildönümünə ilə bağlı simfonik musiqi gecə keçirildi
19.01.2020 [10:42] - Mədəniyyət
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş simfonik musiqi proqramı təqdim olunub. Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri olduğu konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Anım tədbirində mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərdən ibarət konsert proqramında Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən fraqmentlər, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Azər Rzayevin “Bakı 90” simfoniyası səsləndirilib. Simfonik musiqidən təsirlənən tamaşaçılar Qanlı Yanvar hadisələrinin hüzn və kədərini sanki yenidən yaşayıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed