Şrift:
İranın Təhlükəsizlik Şurasının katibindən Türkiyəyə gözlənilməz səfər
18.09.2012 [10:24] - Siyasət
İran Milli Təhlükəsizlik Şurası katibi Səid Cəlili gözlənilmədən Türkiyəyə səfər edib.

Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, iranlı qonaq Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

Görüşdən öncə jurnalistlərin suallarını cavablandıran Ə.Davudoğlu və S.Cəlili daha sonra KİV-in iştiakı olmadan bir araya gəliblər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Şurası katibi S. Cəlili həm də İranın nüvə məsələləri üzrə nümayəndəsidir.
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed